Atatürkün abidəsinə balta ilə hücum etdilər - FOTOLAR

Kayseridə Atatürkün abidəsinə balta ilə hücum edən 2 nəfər saxlanılıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə saat 11.30 radələrində mərkəzi Kocasinan rayonundakı Cümhuriyyət meydanında baş verib. 


 

Yaşar K. və Zeynep A. əllərindəki balta ilə Atatürk abidəsini vurmağa başlayıblar.

Meydanda vəzifə yerinə yetirən Böyükşəhər Bələdiyyəsi polis qruplarının onları fərq etməsi üzərinə iki şübhəliyə müdaxilə edilib.

Daha sonra hadisə yerinə çoxlu sayda polis qrupları çağırılıb.

Komandaların apardığı iş nəticəsində Atatürk abidəsinin üzərində 3 balta zərbəsi aşkar edilib, 2 şübhəli saxlanılaraq polis bölməsinə aparılıb.


Jurnalistlərin, “Bunu niyə etdiniz?”,   "Peşmansınızmı?"  sualına şübhəlilərdən Zeynep A “Saəcə Allah rizası üçün”,  Yaşar K. isə “Nə peşmançılıq?” -deyə cavab veriblər.

Olayla bağlı istintaqı davam etdirilir.