28 qoyun uçuruma atılaraq ölüb

Vanın Başkale rayonunda 28 qoyun yaylada otlayarkən bir-birinin ardınca 60 metrlik uçuruma atılaraq ölüb.

Sherg.az xəbər verir ki, Vanın Başkale mahalına 30 kilometr uzaqlıqdakı Koçdağı rayonunda, yaylada otlayan sürünün önündə olan qoyunlar, qayaların olduğu ərazidəki uçurumun fərqinə varmayaraq hündürlükdən yıxılıblar.


Sürü başında olan qoyunlar yıxıldıqdan sonra sürüdəki digər qoyunlar da onun arxasınca 60 metrlik uçuruma atılıblar. Əvvəlcə vəziyyətin fərqinə varmayan çoban 28 qoyunun itdiyini anlayıb.

Sürü sahiblərinə məlumat verildikdən sonra vətəndaşlar dağda qoyunları axtararaq tələf olmuş 28 baş qoyun tapıblar.

Ölən qoyunların Bəkir Dəmir və Ümit Eçeriyə aid olduğu müəyyən edilib. Məhəllə sakinləri vəziyyəti İlçe Kənd Təsərrüfatı və Meşə Müdirliyinə bildirərək səlahiyyətlilərdən kömək istəyiblər.