Ağdamda 10 tüfəng polisə təhvil verilib

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

APA xəbər verir ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı rayon sakinləri 10 ədəd müxtəlif markalı tüfəngi təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.