Kayseridə faciə, 7 yaşlı uşaq 9-cu mərtəbədən yıxılıb

Kayseridə faciə yaşanıb. 9-cu mərtəbədən yıxılan 7 yaşlı uşaq dünyasını dəyişib.

“Sherg.az” türk mediasına istinadən xəbər verir ki, ötən gün Kayserinin Melikqazi rayonunda 14 mərtəbəli binanın 9-cu mərtəbəsində yaşadığı mənzilin pəncərəsindən yıxılan 7 yaşlı Həmzə Y. müalicə aldığı xəstəxanada həyatını itirib.
Hadisə ötən gün saat 16:00 radələrində Melikqazi rayonunun Köşk məhəlləsində baş verib. Ailəsi ilə birlikdə 14 mərtəbəli binanın 9-cu mərtəbəsində yaşayan nənəsinin yanına gedən Həmzə Y. mənzilin pəncərəsindən yıxılıb. Ətrafdakıların xəbəri ilə hadisə yerinə polis və sağlamlıq qrupları cəlb edilib. Yaralı uşaq həkimlərin müdaxiləsindən sonra xəstəxanaya aparılıb.
Xəstəxanada müalicə alan Həmzə Y. bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib. 

Hadisə ilə bağlı istintaq davam edir.