Azərbaycan Müdafiə Nazirliyindən xəbərdarlıq: Yeni müharibə ocağı...
Yusif Nəzərli
14:15 18.06.2024
Gündəm
493
Media vasitələrində Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalandığı haqqında məlumat verilir.
Müdafiə Nazirliyindən Sherg.az-a verilən xəbərə görə, Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasının növbəti sübutudur:
"Fransa Müdafiə Nazirliyi keçən ilin oktyabrında verdiyi açıqlamasında Ermənistana tədarük edilən hərbi texnikanın müdafiə xarakteri daşıdığını iddia etsə də, hazırkı hərbi sövdələşmə ilə Ermənistanın öldürücü silahlarla təchiz edilməsi Fransa rəhbərliyinin riyakarlığının növbəti təzahürüdür.
Cənubi Qafqaz regionunda militarizasiya və geosiyasi intriqa siyasəti yürüdən Makron rejimi Ermənistan ilə Azərbaycan arasında normallaşmaya və regionda davamlı sülhün təmin olunmasına maneə olur. Bu kimi destruktiv və qərəzli siyasətinə görə normallaşma və regional proseslərdən kənarda qalan Fransanın indiki rəhbərliyi bunu Azərbaycana bağışlaya bilmir və ona görə də pozucu siyasətini davam etdirir.
Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal törətmiş dövlətdir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa tərəfindən qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanın yenidən silahlandırılması və Ermənistan rəhbərliyinin revanşizm siyasətini dəstəkləməsi siyasi məsuliyyətsizlik olmaqla bərabər yeni müharibəyə aparan yoldur.
Müstəmləkəçi imperiya olaraq Fransanın tarixən dünyanın müxtəlif yerlərində müharibə və münaqişə ocaqları yaratmaq kimi ikrah doğuran zəngin təcrübəsi vardır. Yeni Kaledoniya və digər dənizaşırı müstəmləkə ərazilərində baş verən proseslər, yerli xalqların istismara məruz qoyulması, təbii sərvətlərinin talanması, irqçi siyasət nəticəsində həmin ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi, etiraz aksiyalarının qan və silah gücünə yatırılması Makron rejiminin əsl mahiyyətinin göstəricisidir. Utancverici müstəmləkə irsinin qalığı olan bu kimi köklü problemləri həll etmək və neokolonializmə son qoymaq əvəzinə Fransa Azərbaycana qarşı çirkli təbliğat və dezinformasiya kampaniyası aparır.
Bəyan edirik ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaqdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm
Fitso AB-ni növbədənkənar sammitə çağırdı
18:37 22.09.2026
Gündəm
Danışa bilməyən xəstə beyin implantı ilə “Səni sevirəm” dedi
17:35 22.09.2026
Maraqlı
İran ABŞ blokadanı aradan qaldırsa, Hörmüzü 7 günə aça bilər
16:32 22.09.2026
Dünya
Xaçmazda oğurluq edən şəxs saxlanıldı
16:26 22.09.2026
Hadisə
Ukrayna ABŞ gəmilərini hədəfə aldı
16:22 22.09.2026
Dünya
Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
16:10 22.09.2026
İnfrastruktur
Türkiyədə heyrətamiz: Bir nəfər bankdan 45 milyard çıxartdı
15:43 22.09.2026
Hadisə
Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı - FOTO
15:40 22.09.2026
Sosial
Peskov: Ukrayna üçün vəziyyət günü-gündən pisləşir
15:16 22.09.2026
Dünya
Azərbaycan İrana uçuşları dayandırıb?
14:53 22.09.2026
Aktual
İranı parçalamaq üçün etnik plan işə salındı
14:41 22.09.2026
Dünya