Gəncədə 4 avtomobil toqquşub

Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Hərəkətdə olan "Porsche", "Opel", "VAZ 2107" və "Jeep" markalı minik maşınları toqquşub.

Qəza zamanı xəsarət alan olmayıb, avtomobillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.