Tovuzda yol qəzası olub, xəsarət alanlar var

Tovuzda yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.

“VAZ-21011” markalı avtomobil “Belarus” markalı traktoru ötmə əməlyatı zamanı traktorun təkərinə dəyərək idarəetməni itirib və yol kənarındakı işıq dirəyinə çırpılb.

Hadisə nəticəsində “VAZ -21011”-də olan sərnişinlər, Hunanlar kənd sakinləri - 77 yaşlı Güllü Alıyeva və onun bacısı Salatın Abdullayeva xəsarət alıb.

Onlar Tovuz Rayon Mərkəzi Xəstəxansına yerləşdirirliblər.

Faktla baglı araşdırma aparılır.