Uşağını binanın pəncərəsindən üzü aşağı sallayan şəxs tutulub - FOTO

İstanbulda uşaqlarını girov götürərək pəncərədən sallayan şəxs tutulub.

Başakşehirdə həyat yoldaşı ilə mübahisə etdikdən sonra uşaqlarını girov götürərək pəncərədən asan əcnəbi vətəndaş sövq edildiyi məhkəmə orqanları tərəfindən tutularaq həbsxanaya göndərilib. 


 
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Başakşehir Ziya Gökalp rayonunda 4 mərtəbəli binanın 3-cü mərtəbəsindəki mənzildə yaşayan əcnəbi N.F. həyat yoldaşı ilə mübahisə edərək evdən çıxararaq 3, 5 və 7 yaşlı 3 uşağını girov götürüb.

 
Övladlarından birini pəncərədən üzü aşağı sallayan  ata xüsusi əməliyyat polisi tərəfindən zərərsizləşdirilərək nəzarətə götürülüb.


Polis bölməsində dindirildikdən sonra məhkəməyə sövq edilən şəxs tutularaq həbsxanaya göndərilib.