Kürdəmirdə insident: Gecəyarı evində güllələndi

Kürdəmirdə silahlı insident olub.

Sherg.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Carlı kəndində qeydə alınıb.

Kənd sakinləri - Xalid Abdullayevlə Rüstəm Məmmədov arasında mübahisə düşüb.

Mübahisədən sonra X.Abdullayev gecə saatlarında R.Məmmədovun yaşadığı evə gələrək ov tüfəngi ilə onu güllələyib.

Nəticədə R.Məmmədov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.