Lənkəranda 24 gündür itkin düşən qadın tapılıb

Lənkəranda itkin düşmüş qadın tapılaraq ailəsinə təhvil verilib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, may ayının 27-də rayonun Ürgə kənd sakini olan A.Sadıqovanın qohumları onun evdən xəbərsiz getməsi və geri qayıtmaması ilə bağlı polisə müraciət ediblər.

Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində qadın tapılaraq qohumlarına təhvil verilib.