Evlənmək üçün başqa rayona gedən 15 yaşlı qız ailəsinə təhvil verilib

Polis evlənmək məqsədi ilə başqa rayona gedən 15 yaşlı qızı taparaq ailəsinə təhvil verib

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Meyniman kənd sakini, 2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan şəxsin evlənmək məqsədilə digər rayona getdiyi məlum olub.

Polis əməkdaşları tərəfindən onun yeri müəyyən olunub və tapılaraq ailəsinə təhvil verilib. Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.