Karqo paketindən kobra çıxdı -ŞOK OLAY

Dəhşət yaşayan qadın polisə zəng edib
 
 Təsəvvür edin, “Trendyol”dan etdiyiniz sifarişi təslim alırsınız, paketi açanda içindən ilan çıxır. Özü də kobra. Nə edərdiniz? Eynilə bu hadisə  Hindistanda baş verib. Kobra ilanı dedikdə ağla ilk gələn Hindistan olur. Hindistandakı karqo paketindən kobra ilanının çıxması, əslində, təəccüblü olmamalıdır. Amma bütün  hallarda qorxuncdur. 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, hindli qadın Tanvi “@amazonIN”dən “Xbox komanda oyunu” sifariş edib. Karqo paketini təslim alıb açdıqda bağlamanın üzərindəki yapışqanlı kağıza bir kobra ilanının yapışdığını görüb.  Gördüyü qarşısında dəhşətə düşən qadın polisə zəng edib. Qadının evinə gələn təhlükəsizlik xidməti polisi ilanı ehmalca bağlamanın üzərindən qoparıb. Bu hadisə barədə məlumat sosial şəbəkədə yayılıb və dünya mediasında yer alıb. Qadın “X”də bunları yazıb: “@amazonIN”dən bir “Xbox komandası” sifariş etmişdim, onunla birlikdə bir ilan da gətirdilər”. “Amazon Hindistan” isə sifarişçidən üzr istəyib və hadisəni araşdırdıqlarını bildirib. Əlavə olaraq qadına zərərçəkmiş qismində maddi təzminat da ödənilib. “Amazon Hindistan” müştərilərinin təhlükəsizliyinə önəm verdiklərini vurğulayaraq günahkarların cəzalanacağını da qeyd edib.