Şərurda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Şərur rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə gecə saatlarında Şərur rayonunun Yuxarı Aralıq kəndində qeydə alınıb. Belə ki, "VAZ 2106"la "Mercedes" la markalı avtomobillərin toqquşması nəticəsində Yuxarı Aralıq kənd sakini, 2007-ci il təvəllüdlü Hüseynov Nihat Razi oğlu ölüb.

"VAZ 2106" markalı avtomobildə olan digər iki sərnişin Vərməziyar kənd sakini, 2005-ci il təvəllüdlü Əsquliyev Səbuhi Niyaz oğlu və Yuxarı Atalıq kənd sakini, 2007-ci il təvəllüdlü Əliyev Rza Elşən oğlu xəsarət alıblar. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən zərərçəkənlərin vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.