Bakıda hündürmərtəbəli binada baş verən yanğın lokallaşdırılıb - FOTO - VİDEO - YENİLƏNİB


Bakının Nərimanov rayonunda hündürmərtəbəli binada baş verən yanğın lokallaşdırılıb.

APA xəbər verir ki, hadisə Faiq Yusifov küçəsində yerləşən binanın 15-ci mərtəbəsində qeydə alınıb.

***
01:33

Bakının Nərimanov rayonunda hündürmərtəbəli binada yanğın baş verib.

APA xəbər verir ki, hadisə Faiq Yusifov küçəsində yerləşən binanın 9-cu mərtəbəsində qeydə alınıb.

Əraziyə beş yanğınsöndürən texnika və şəxsi heyət cəlb edilib.

Xilasedicilər binada köməksiz vəziyyətdə qalan sakinlərin təxliyəsini həyata keçirirlər.