
Analitik: İlham Əliyevin Londona gedərək Paşinyanla danışıqlar aparması...
09:25 17.07.2024
Siyasət
483
Ermənistanın Baş naziri Nikol Paşinyan xanımı ilə birlikdə Böyük Britaniyaya işgüzar səfərə gedib.
Bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Bildirilib ki, Nikol Paşinyan Avropa Siyasi Birliyinin Londonda keçiriləcək sammitində iştirak edəcək.
Qeyd olunur ki, iyulun 17-dən 20-dək Paşinyan və xanımı Britaniya paytaxtında işgüzar səfərdə olacaqlar. 4-cü sammit çərçivəsində bir sıra xarici həmkarlarla ikitərəfli görüşlər nəzərdə tutulub.
Bundan öncə Paşinyanın 15 iyuldan məzuniyyətə çıxdığı və Almaniyaya getdiyi, Londondakı sammitə görə məzuniyyətini “pozacağı” bildirilmişdi.
Xatırladılıb ki, ötən il iyunun 1-də Kişinyovda oxşar sammit keçirilib və burada Avropa liderlərinin iştirakı ilə Nikol Paşinyanla Prezident İlham Əliyev arasında danışıqlar baş tutub. Prezident İlham Əliyevin Londona səfər edəcəyi haqda məlumat hələ rəsmən elan edilməyib.
Mövzu ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Azər Həsrət bildirib ki, Nikol Paşinyanın belə səfərləri qeyri-adi deyil:

“Çünki bir dövlətin rəhbəri öz ölkəsini bu və ya digər formada beynəlxalq platformalarda təmsil etməlidir. Sadəcə olaraq bu cür məsələlər bizim üçün maraqlıdır. Ona görə ki, Azərbaycanla Ermənistan arasında həll olunmayan məsələlər var. Yəni Azərbacanı həmin səfərlərin sülhə töhvə verə bilib-bilməməyi düşündürür. İlham Əliyevin Londona gedərək Paşinyanla danışıqlar aparması ehtimalı da mövcuddur. Ümumiyyətlə, belə görüşlər əvvəlcədə elan edilmədən məqsədli şəkildə həyata keçirilir. Çünki elə mövzular var ki, onları öncədən elan edib, daha sonra reallaşdıranda problemlər yaradır. Üçüncü tərəflər həmin zaman ortalığı qarışdırmağa çalışır. Amma hələlik İlham Əliyevin Londono səfəri ilə bağlı dəqiq məlumat yoxdur. İstənilən halda Azərbaycanla Ermənistan arasında təmasların birbaşa olması hər iki tərəf üçün daha faydalıdır. Kənar qüvvələrin prosesə qatılması həmişə problem üzərinə problem gətirib. Xüsusilə də Rusiya sülh məsələsinə qarışanda daha artıq problemlərlə üzləşmişik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə