Ermənistanın çətir axtarışı: Qartal İrəvanı caynağına alır -ŞƏRH
11:47 18.07.2024
Dünya
532
ABŞ ordusunun rəsmi nümayəndəsi Ermənistan Müdafiə Nazirliyində çalışacaq”.
Bunu ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Ezra Zeyan “Hetq” nəşrinə müsahibəsində deyib.
ABŞ rəsmisi bunu Vaşinqton və İrəvan arasında əməkdaşlıq üçün müsbət addım adlandırıb:
“Bu, çox xoş hadisədir. Biz ABŞ və Ermənistan arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsini alqışlayırıq. Bu, həm də Vaşinqton-İrəvan münasibətlərində yeni strateji tərəfdaşlıq mərhələsinə keçidə işarədir”.
Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən hərbi ekspert Elxan Şıxəliyev söyləyib ki, Ermənistanla Amerika Birləşmiş Ştatlarının təhlükəsizlik və müdafiə əməkdaşlığı rəsmi İrəvanın yeni təhlükəsizlik çətiri axtarışlarının səbəbi kimi qiymətləndirilməlidir:
“Ermənistan Rusiya ilə münasibətləri özünün gələcək təhlükəsizliyinin təminatı baxımından sıfırlamağa niyyətlidir. Əgər həmin proses baş tutsa, müəyyən boşluq yaranacaq. Amerika və Fransa gələcəkdə Ermənistanın mümkün ola biləcək Avro-Atlantik məkana inteqrasiyası üzərindən NATO strukturlarında təmsil olunması üçün qərarlaşa bilərlər. Amerika üçün əsas məsələ coğrafiyadır. ABŞ rəsmi İrəvanla strateji müttəfiqlik səviyyəsində münasibətlərini belə davam etdirsələr, NATO-nun qüvvələrini Ermənistanın ərazisində yerləşdirmək ehtimalı yaranır. Bu isə region ölkələri üçün narahatedici məqamdır. Xüsusilə də İran üçün təhlükəlidir. Digər tərəfdən bu nüans Azərbaycan üçün də arzuolunmaz məsələdir. Həmin mərhələni keçmək üçün ABŞ və Ermənistan birgə təlimlər keçirirlər. Eyni zamanda Amerika Birləşmiş Ştatları ordusunun nümayəndəsini Ermənistan Müdafiə Nazirliyinə göndərdilər. Amerika Ermənistan ordusundakı dəyişikliklərini onu Rusiya modelindən qopararaq, NATO modelinə uyğunlaşdırmaqla həyata keçirəcək. Lazım gəldikdə isə Ermənistanın NATO və Avropa Birliyinə üzvlüyü üzərindən onun təhlükəsizliyini NATO-nun qüvvələri qoruyacaq. Azərbaycan, Gürcüstan və Ermənistanın yerləşdiyi region Rusiya-Ukrayna müharibəsinin nəticəsinə görə çox strateji bölgəyə çevrilib. Ona görə də bu bölgəyə kim hakim olacaqsa, kommunikasiyaları həmin qüvvələr icra edəcək. Rusiya və ABŞ-nin Ermənistan üzərindən informasiya cəbhəsi müharibəsi gedir. Rusiyanın Ukraynada savaşa başı qarışdığına görə Ermənistan belə cəsarətlənir”.
Qeyd edək ki, ABŞ və Ermənistan orduları “Eagle partner 2024” birgə təlimi keçirirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya