Şərur sakini minaya düşüb

Şərur rayonundan olan çoban Şahbuzda minaya düşüb.

Sherg.az Report-a istinadən xəbər verir ki, Şahbuzun Qanlıgöl yaylağında Şərur rayonunun Mahmudkənd kəndinin sakini Bəxtiyar Sultanov minaya düşüb.

B.Sultanov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.