Türkiyədə ilk dəfə “Milli Ailə Həftəsi” keçiriləcək

Türkiyədə hər ilin may ayının son həftəsi “Milli Ailə Həftəsi” kimi qeyd olunacaq.

Sherg.az xəbər verir ki, bu il ilk dəfə keçiriləcək tədbirlər 25–31 may tarixlərini əhatə edəcək.

Rəcəb Tayyib Ərdoğanin elan etdiyi “Ailə və Əhali 10 İli” proqramı çərçivəsində ölkənin 81 vilayətində ailə yönümlü tədbirlər təşkil olunacaq. Həftə ərzində üç nəslin bir araya gəldiyi bayram süfrələri qurulacaq, şəhid və qazi ailələri, eləcə də himayədar ailələr ziyarət ediləcək.