İran televiziyasında aparıcı canlı yayımda Kalaşnikovla atəş açdı

İranın “Ufuk” telekanalında canlı yayım zamanı aparıcı Hüseyn Hüseyni əlindəki AK-47 (“Kalaşnikov”) tüfəngi ilə Birləşmiş Ərəb Əmirlikləri bayrağına atəş açıb.

Sherg.az xəbər verir ki, canlı yayımlanan silah təlimi proqramında maskalı hərbçi aparıcıya silahdan istifadə qaydalarını göstərib. Aparıcının “BƏƏ bayrağını nişan alım” deməsindən sonra o, bir neçə dəfə atəş açıb. Hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub.