Sumqayıtda sərnişin avtobusu qəza törətdi: ölən var

Sərnişin avtobusu ilə minik avtomobili toqquşub.

Sherg.az Report-a istinadən verir ki, hadisə "Saray körpüsü" yaxınlığında qeydə alınıb.

1961-ci il təvəllüdlü Namiq Sabir oğlu Ağayev idarə ediyi 16-19 saylı xətt üzrə işləyən "Paz" markalı 10 JR 983 nömrə nişanlı avtobusla 2005-ci il təvəllüdlü Cavidan İsmayıl oğlu Mirzəyevin idarə etdiyi özünə məxsus “Xəzər” markalı 20 EK 097 nömrə nişanlı avtomaşınla toqquşub.

Cavidan Mirzəyev qapalı kəllə beyin travması xəsarəti aldığı üçün Sumqayıt TTYX-nın reanimasiya şöbəsinə yerləşdirilib və sonradan aldığı xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.