Bu dəfə dələduzların hədəfi ev heyvanı himayəyə götürmək istəyən şəxs olub.
Sherg.az xəbər verir ki, Diyarbəkirdə yaşayan Ümran B. bala olduğu bildirilən "Maltipu" cinsindən olan portağal iti internetdən 4 min lirəyə alıb.
Ümran B. baytar həkimə gedib və aldadıldığını anlayıb. Heyvan "Maltipu" cinsi deyildi və narıncı rəngə boyanmışdı. Ümran B.-nin şikayəti əsasında iti satan Buket Y. (25) və Erencan K. (23) barəsində dələduzluq maddəsi ilə hər birinə 10 ilə qədər həbs tələbi ilə iddia qaldırılıb.