Goranboyda 50 yaşlı piyadanı avtomobil vurub, vəziyyəti ağırdır

Goranboyda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə Goranboy-Ağcakənd avtomobil yolunun rayonun Qaraçinar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil, yolu keçmək istəyən piyada, 1974-cü il təvəllüldü M. Zeynalovu vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı aradırma aparılır.