Zərdabda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə axşam saatlarında Ucar-Zərdab avtomobil yolunda baş verib.
Hərəkətdə olan yük avtomobili, minik avtomobili və motosikletin toqquşması nəticəsində bir nəfər ölüb, dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Dünyasını dəyişən şəxs motosikletin sürücüsü Atəş Məmmədovdur. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.