İstanbulda üzlərində maska olan 4 silahlı şəxs Beyin və Sinir Cərrahı Prof. Dr. O, Halit Çavuşoğlunun qarşısını kəsərək onu döyüb. Professorun avtomobilini oğurlayıb qaçan şübhəlilər axtarılır.
Sherg.az xəbər verir ki, hadisə dünən saat 05.30 radələrində Küçükçekmece rayonunun Atakent məhəlləsindəki küçələrdən birində baş verib.
Xəbərə görə, xüsusi bir xəstəxanada Beyin və Sinir Cərrahiyyəsi şöbəsində çalışan Prof. Dr. Halit Çavuşoğlu işə getmək üçün küçədə avtomobillə gedərkən üzləri maskalı 4 silahlı şəxs tərəfindən saxlanılıb.
Şübhəlilər professoru maşından çıxararaq döyüblər. Dörd maskalı daha sonra professorun avtomobilini götürərək hadisə yerindən qaçıblar.
Halit Çavuşoğlu polis bölməsinə gedərək vəziyyəti izah edib və şikayət edib.
Onun ifadəsini alan polis qrupları hadisə yerindəki təhlükəsizlik kameralarını araşdırıb və 4 şübhəlinin tutulması üçün işlərə başlayıb.