Avstraliyanın Queensland ştatında, Gold Coast yaxınlığında Heck Field hava limanında yüngül təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 73 yaşlı pilot və sərnişin həyatını itirib.
Sherg.az xəbər verir ki, yerə çırpılmanın yaratdığı alovlar yaxınlıqda meşə yanğınlarına səbəb olub; yanğınsöndürənlər helikopter və heyətlə müdaxilə ediblər. Polis, qəzanın səbəbini araşdırır.