Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

Şəkidə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Kiş kəndində baş verib.

Kənd sakinləri, Abdullayev Taryel (1994), arvadı Abdullayeva Billur (1993) və onların 2 azyaşlı övladları dəm qazının toksiki zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət ediblər.