Dünən saat 12 radələrində Mingəçevir şəhərində 36 yaşlı Anar Abdullayev yeniyetməni döyərək xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Müvafiq ekspertiza təyin olunub və araşdırmalar davam etdirilir.