Nigeriyada hərbi təyyarənin təsadüfən dinc sakinləri bombalaması nəticəsində 10 nəfər həlak olub.
Sherg.az xəbər verir ki, Nigeriyanın Sokoto əyalətinin Surame bölgəsində silahlı qruplara qarşı əməliyyat zamanı hərbi təyyarə iki kəndi səhvən bombalayıb.
Ştat qubernatoru Əhməd Aliyu çərşənbə günü hücumda 10 nəfərin öldüyünü açıqlayıb.
Aliyu deyib: “Hərbi təyyarələr ştatda terror cinayətləri törədən silahlı qrupları zərərsizləşdirmək missiyasında idi. Onlar səhvən günahsız insanları bombaladılar".
Həyatını itirənlərin ailələrinə başsağlığı verən Aliyu dövlət orqanlarının hərbi əməliyyatı araşdırmaq üçün digər səlahiyyətlilərlə əməkdaşlıq edəcəyini bildirib.
Silahlı qruplar tərəfindən zorakılığın yaşandığı Nigeriyada ordu keçən ay Niger və Malidən ölkənin şimal-qərbinə sızan yeni silahlı qrupla bağlı xəbərdarlıq etmişdi.