
İlahiyyatçı: Qədr gecəsi gecələrin şahıdır
11:24 18.03.2025
Cəmiyyət
688
Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (Əhya) gecəsidir.
Axar.az xəbər verir ki, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na, yəni martın 18-dən 19-na keçən gecəyə təsadüf edir.
Qeyd edək ki, Qədr gecəsi Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim islam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.
Xatırladaq ki, Ramazan ayı Azərbaycanda martın 1-də başlayıb. Şəvval ayının 1-i, yəni martın 30-da Ramazan (Fitr) bayramı olacaq.
İlahiyyatçı Ağa Hacıbəyli “Sherg.az”a açıqlamasında bildirdi ki, Ramazan ayının son 10 günü qədr gecəsinin başladığı gündür:

“"Əhya" canlı saxlamaq, diri tutmaq, gecəni səhərə qədər oyaq qalmağa təşəbbüs göstərmək mənasına gəlir. Sadəcə oyaq qalmaqla da kifayətlənmir. Önəmli olan qəlbin ayıq qalmasıdır, insanın başına taxılan gözlərin deyil, qəlb gözlərinin açıq qalmasıdır. Ramazan ayı, ayların sultanı olduğu kimi Qədr gecəsidə gecələrin şahıdır. Allah təala bu gecədə Qurani Kərimi yerə endirib. Bu altı əsrlik bir dövrdən sonra səmanın ilk danışdığı, sükutu pozduğu gecədir. Qədr Allah təala Peyğəmbərimiz sallallahu aleyhi və səlləm risalətin işığını yandırdığı bir gecədir. Biz də çalışacağıq ki, bu gecələrin bərəkətindən yaxşı mənada istifadə edək. Həmçinin bu gecələrin bağrından, axirətə açılan yola biz də düşə bilək. Qədr gecəsinin leylətul qadr olaraq Quranda üç dəfə adı çəkilir. Rəbbimiz gördüyümüz və görə bilmədiyimiz böyük bu kainat çapındakı sanki qərarlarını yenidən verir. Yəni Qədr insanların, xalqların, millətlərin taleyi ilə bağlı qərarların yeniləndiyi, elan edildiyi bir gecədir. Həmin anlarda, həmin dəqiqələrdə biz öz qəlbimizlə, ruhumuzla, Allahın hüzurunda ola biliriksə, o yönəlişimizə görə bizim qədr gecəmiz, təqdir gecəmiz təyin olunacaq. Yəni hansı halımızla mələklər bizi görəcəksə, həmin hallarıyla dərc olunacaq. Əgər istəyirsənsə göy qübbəsindən bizə rəhmət etsin gərək biz də özümüzə ziyan, zərər vurmuş insanları bağışlamağı bacaraq. Allah, ibadət edən qardaş və bacılarımızın dualarını qəbul etsin. Ümmətin xeyrinə, lehinə və insanlıq ailəsinin ocağının daha da gözəlləşməsinə səbəb olan bir gecə olsun”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
07:59 15.11.2026
Şou
Z nəsli qızları keçəlləşmə təhlükəsi ilə üz-üzədir
07:23 15.11.2026
Sağlamlıq