Əvvəlcə oğurladı, sonra uddu: 769 min dollarlıq sırğalar geri qaytarıldı! - FOTO

ABŞ-da oğrunun udduğu təxminən 769 min dollar dəyərində olan sırğalar mağazaya qaytarılıb.

Sherg.az xəbər verir ki, ABŞ-ın Orlando polisinin X hesabından məşhur zərgərlik mağazasında baş verən oğurluq hadisəsi ilə bağlı açıqlama verilib. Bildirilib ki, Jaythan Gilder adlı oğrunun özünü Amerikalı basketbol liqasında (NBA) oynayan bir basketbolçunun agenti kimidavrandığı bildirilib.

 Gilderin oğurladığı sırğaların rentgen müayinəsi zamanı onun mədəsində olduğu, oğrunun günlərlə xəstəxanada nəzarətdə saxlandığı müəyyən edilib.

Açıqlamada oğrunun bədənindən təbii yolla çıxarılan sırğaların səlahiyyətlilər tərəfindən təsdiqləndikdən sonra mağazaya qaytarıldığı paylaşılıb.