
İqtisadçı: AMB-nin uçot dərəcəsini sabit saxlaması kredit portfelinin böyüməsinə gətirib çıxarıb
09:20 28.04.2025
İqtisadiyyat
429
Bu ilin ilk rübündə bankların cəmi aktivləri 54 mlrd. 855.6 mln. manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verib Məlumata görə, bu dövrdə sektorun cəmi aktivləri 2,4% və 1,3 mlrd. manat artıb.
Bu dövrdə bank sektorunun cəmi öhdəlikləri 2,6% və ya 1,2 mlrd. manat artaraq 47 mlrd. 960.7 mln. manata, balans kapitalı isə 1,2% və ya 81,7 mln. manat artaraq 6 mlrd. 894.9 mln. manata yüksəlib.
Hesabat ayında bankların kredit portfeli 1% və ya 284.8 mln. manat artaraq 27,877.1 mln. manat olub. Portfelin 53.6%-ni və ya 14 mlrd. 935 mln. manatını biznes kreditləri, 30.9% və ya 8 mlrd. 603.6 mln. manatını istehlak kreditləri, 15.5% və ya 4 mlrd. 338.5 mln. manatını ipoteka kreditləri təşkil edib.
Bankların öhdəliklərinin 77.8%-i və ya 37 mlrd. 293.1 mln. manatını depozit portfeli təşkil edib. Depozit portfelinin 60.5%-i (22,549 mln. manat) hüquqi şəxslərin, 39.5%-i (14,744.1 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 66.4%-i (9,785.1 mln. manat) milli valyutada, 33.6%-i (4,959 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 61.1%-i (9,009.3 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri mart ayında 2.3% və ya 204.7 mln. manat artıb. Hüquqi şəxslərin tələbli depozitləri 16 mlrd. 799.2 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.5%-ni təşkil edib.
Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli Sherg.az-a söyləyib ki, rəqəmsallaşma banklara olan dövriyyəni artırıb:

“Eyni zamanda, Mərkəzi Bankın uçot dərəcəsini sabit saxlaması nəticə etibarilə kredit portfelinin böyüməsinə gətirib çıxarıb. Digər tərəfdən neftin qiyməti həm ötən ilin ikinci yarısında, həm də bu ilin birinci yarısının ilk üç ayında sabit qalıb. Bu baxımdan həm də gəlirlərin artması davamlı olaraq təmin edilib. Bu isə bankların inkişafı üçün ciddi əsaslar yaradır. Hazırda sabit saxlanılan uçot dərəcələri banklarda kredit portfelinin artmasına səbəb olub. Əmanət yığımlarında müəyyən mənada artımlar var və əmanət yığımları bankların kredit portfelinin də genişlənməsinə gətirib çıxarıb. Əgər neftin qiyməti aşağı düşərsə, əlbəttə ki, yeni risklərin yaranma ehtimalı var. Hətta bu Azərbaycana qarşı maliyyə təzyiqlərini artıracaq. Həmçinin inflyasiya olması bankların kreditləşməsini yavaşladacaq. Bunun üçün müxtəlif alternativ maliyyə alətlərindən istifadə edilməlidir. İlin sonuna qədər baş cerəcəkləri proqnozlaşdırmaq çətin olsa da, bundan sonrakı üç ayd bankların gəlirlərinin sabit qalacağı gözləniləndir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə