
Zəlzələnin xəbərçisi! “Qiyamət balığı” sahilə çıxdı
11:27 05.06.2025
Hadisə
600
Okeanların ən uzun balıq növlərindən biri olan və zəlzələlərin xəbərçisi sayılan kürək balığı, Tasmanyanın Strahan bölgəsinə yaxın okean sahilində tapılıb.
Sherg.az xəbər verir ki, təxminən üç metr uzunluğundakı “qiyamət balığı”, yerli sakin Sybil Robertson tərəfindən sahildə gəzinti zamanı müşahidə olunub.
"The Guardian" qəzetinin xəbərinə görə, Robertson bu nadir canlı ilə qarşılaşdıqda onun kürək balığı olduğunu bilməyib və şəkilini Tasmaniya Vətəndaş Elmçilərinin sosial media hesabında paylaşdıqdan sonra öyrənib.

Uzunluğu 8 metrə, çəkisi isə 400 kiloqrama qədər çata bilən bu dərin okean canlısı “rinqa balıqlarının kralı” adlandırılır və təhlükənin xəbərçisi kimi tanınır. O, təxminən 150-500 metr dərinlikdə yaşayır və çox nadir hallarda görünür.
Tasmaniya Universitetinin dəniz ekologiyası üzrə mütəxəssisi Neville Barrett bu barədə belə danışıb:
“Belə bir canlı ilə qarşılaşmaq olduqca qeyri-adidir. Biz sadəcə orada olmuruq, suya baxmırıq, dalmırıq, hətta okeanın o hissəsində balıq da tutmuruq.”
Barrett əlavə edib:
“Kürək balığı çox az əzələyə sahib, yavaş hərəkət edən və tənbəl bir balıqdır. Adətən suda sakit şəkildə üzür, çox vaxt dik vəziyyətdə olur və planktonla qidalanır.”
Qədim Yapon inanclarına görə, kürək balığı “qiyamət balığı” adlandırılır. Çünki onun səthə yaxın görünməsi təbii fəlakətlərin, xüsusilə də zəlzələlərin yaxınlaşdığına işarə sayılır.
Bəzi hallarda, xüsusilə Yaponiyada baş verən böyük zəlzələlərdən əvvəl, kürək balıqlarının özünü sahilə vurduğu bildirilib. Bu isə, balığın su altındakı seysmik aktivliyi hiss edərək insanların diqqətini çəkmək üçün səthə çıxdığı ehtimalını gündəmə gətirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm
Köhnəlməyən səs yaddaşımız - AZƏRBAYCAN RADİOSU-100
16:15 27.10.2026
Media
Pezeşkian Moskvada səfərdədir
16:07 27.10.2026
Dünya
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır
16:06 27.10.2026
Mədəniyyət