Şəmkirdə 15 yaşlı qızın meyiti tapıldı

Şəmkir rayonunun Könüllü kəndində 15 yaşlı qızın meyiti tapılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, 2010-cu il təvəllüdlü Gülşən Məmmədzadənin yaşadığı evin həyətində cansız bədəni tapılıb. İlkin məlumata görə, onun boğazı həyətlərindəki yelləncəyin kəndirinə ilişib. Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb olunub.