
Paşinyanın dediklərində həqiqət payı var -RƏY
Yusif Nəzərli
07:04 29.08.2025
Siyasət
420
Sülhün tam və dayanıqlı olması üçün bir sıra məsələlərin həlli zəruridir
Oqtay Qasımov: "Tərəflərin bir-birinə qarşı hüquqi və siyasi açıqlamaları açıq şəkildə tənzimlənməyincə, sülh prosesi tam mənada reallaşa bilməz"
Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasının tərəflər arasında bütün məsələlərin həll edilməsi anlamına gəlmədiyini bildirib. Paşinyan qeyd edib ki, hazırda hələ də cavabsız suallar və həll olunmamış problemlər mövcuddur, lakin sülhün qorunması və onun davamlılığının təmin edilməsi əsas prioritetdir: “Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması o demək deyil ki, tərəflərin bir-birinə sualı yoxdur. Sülh bərqərar olsa da, suallar və həll olunmamış problemlər çoxdur. Amma sülhü qorumaq lazımdır, bunun davamlı olması lazımdır. Qurulmuş sülh getdikcə daha çox institutsionallaşdırılmalıdır”.
Politoloq Oqtay Qasımov da Sherg.az-a açıqlamasında Paşinyanın dediklərində həqiqət payı olduğunu, Ermənistanla Azərbaycan arasında sülh mətni paraflansa da, hələ də açıq qalan bir sıra vacib məsələlərin mövcud olduğunu deyib.
Politoloq hesab edir ki, sülhün tam və dayanıqlı olması üçün bir sıra məsələlərin həlli zəruridir:

“Ən birincisi, Ermənistan Konstitusiyasının dəyişdirilməsi zərurətidir. Məsələ burasındadır ki, Ermənistanın Müstəqillik Bəyannaməsində və Konstitusiyasında Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəa yer alıb. Azərbaycan isə bu müddəaya istinad edilməsini ərazi bütövlüyünə qarşı iddia kimi qəbul edir və hesab edir ki, bu, Ermənistanla sülh müqaviləsinin bağlanmasına mane olur. Tərəflərin bir-birinə qarşı hüquqi və siyasi açıqlamaları açıq şəkildə tənzimlənməyincə, sülh prosesi tam mənada reallaşa bilməz.
Sülh müqaviləsi imzalandıqdan sonra sərhədlərin dəqiq müəyyənləşdirilməsi prosesi - delimitasiya və demarkasiya - həyata keçirilməlidir. Bu mərhələ kifayət qədər uzun və mürəkkəb prosesdir. Geosiyasi, texniki və hüquqi aspektlərin nəzərə alınmasını tələb edir. Bu mərhələnin sürətli və problemsiz aparılması sülhün dayanıqlılığı üçün vacibdir. O cümlədən, Azərbaycan ərazisində basdırılmış minaların xəritəsinin verilməsi məsələsi açıq qalıb. Bu humanitar, həm də təhlükəsizlik baxımından vacibdir. Mina xəritələrinin təqdim edilməsi olmadan təhlükəsiz yaşayışın və kənd təsərrüfatının bərpası mümkün olmayacaq.
Birinci Qarabağ savaşından bəri itkin düşmüş 3900 soydaşımızın taleyi də hələ aydınlaşdırılmayıb. Eyni zamanda, Qərbi Azərbaycandan deportasiya olunmuş şəxslərin məsələsi də müzakirə olunmalıdır. Bu mövzunun həlli insan hüquqları və ədalət prinsiplərinə uyğun şəkildə aparılmalıdır”.
O.Qasımovun sözlərinə görə, Ermənistan məsələni uzatsa, tarixi ərazilərlə bağlı məsələlərin də müzakirəsi gündəmə gətirilə bilər:
“100 il əvvəl Azərbaycanın haqqına girilərək torpaqları Ermənistana peşkəş çəkilib. Tarixi ədalət baxımından bu məsələnin istinad nöqtəsi kimi qalması ən azından beynəlxalq hüquqi baxımdan önəmlidir.
Doğrudur, paraflanan sülh mətnində tərəflər bir-birinin sovet dövründə mövcud olmuş ərazilərini tanıdıqlarını bəyan edirlər. Ermənistan üçün bu, ən böyük qazancdır. Paşinyanın erməni cəmiyyətinə izah etmək istədiyi əsas məqam da budur: tarixi məsələləri bir kənara qoyub, real Ermənistan uğrunda fəaliyyət göstərmək lazımdır. Bu, Ermənistanın dövlət maraqları baxımından düzgün yanaşmadır. Əgər məsələyə daha dərindən baxsaq, 1920-ci ildə Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin əraziləri tanınmışdı. Həmin dövrdə Ermənistan 9 min kvadrat kilometr ərazi ilə, Azərbaycan isə 114 min kvadrat kilometr ərazi ilə beynəlxalq aləmdə tanınmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin işğalından sonra Ermənistan 29,8 min kvadrat kilometr, Azərbaycan isə 86,6 min kvadrat kilometr əraziyə malik oldu”.
Politoloqun fikrincə, bu tarixi reallıqlar artıq müasir sülh prosesində birbaşa tətbiq olunmasa da, sülh müqaviləsindən sonra müzakirəyə açıq mövzular kimi qalır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rumıniya Qara dənizdə 5 dronun zərərsizləşdirildiyini açıqlayıb
12:49 11.07.2026
Dünya
Sabah 38 dərəcə isti olacaq - PROQNOZ
12:43 11.07.2026
Ekologiya
İran: Müharibə elm infrastrukturuna 300 milyon dollar zərər vurub
12:30 11.07.2026
Gündəm
Nepalda vəhşi fil eyni ailənin daha iki üzvünü öldürdü
12:11 11.07.2026
Hadisə
Ucarda suda batan 16 yaşlı yeniyetmənin meyiti tapıldı
12:08 11.07.2026
Hadisə
Tehranda partlayış səslərinin səbəbi məlum oldu - YENİLƏNDİ
11:44 11.07.2026
Region
CNN: İran nüvə obyektlərini bərpa etməyə çalışır
11:37 11.07.2026
Region
Tehranda partlayış səsləri eşidildi
11:33 11.07.2026
Dünya
Dərman qəbulunda edilən səhv
11:17 11.07.2026
Sağlamlıq
Azərbaycan lideri Monqolustan Prezidentinə təbrik ünvanlayıb
11:06 11.07.2026
Gündəm
Neft bahalaşdı
10:34 11.07.2026
İqtisadiyyat
Rusiyaya zərbələr üçün xüsusi komandanlıq yaradıldı
10:25 11.07.2026
Gündəm
Azarov: Ukraynada siyasi terror qurbanlarının sayı 150-ni keçib
10:04 11.07.2026
Dünya
Mayamidəki milyonluq mənzilini 1 dollara satdı
09:07 11.07.2026
Şou
Fidan: S-400 məsələsinin həlli üçün Rusiya ilə danışıqlar vacibdir
08:37 11.07.2026
Dünya