Yeni araşdırma: Arıq insanlar COVİD-19-u daha ağır keçirir
10:29 13.10.2025
Sağlamlıq
427
Alimlər müəyyən ediblər ki, 20-64 yaş arası arıq şəxslərdə COVİD-19-a bağlı risklər normal çəkili insanlara nisbətən daha yüksəkdir.
Sherg.az xəbər verir ki, Yaponiyada aparılan yeni bir araşdırma arıq insanların COVİD-19-u normal çəkililərə nisbətən daha ağır keçirdiyini üzə çıxarıb.
Dövlət televiziyası NHK-nin məlumatına görə, Yaponiyanın Səhiyyə Təhlükəsizliyi İnstitutu 2020–2022-ci illər arasında COVİD-19 səbəbilə xəstəxanaya yerləşdirilmiş 46 min xəstənin məlumatlarını təhlil edib.
Tədqiqatçılar COVİD-19 simptomları ilə bədən kütləsi indeksi arasındakı əlaqəni araşdırıblar və müəyyən ediblər ki, arıq xəstələrin xəstəliyi ağır keçirmə, ürək-ağciyər aparatına ehtiyac duyma və ya həyatını itirmə ehtimalı normal çəkili şəxslərə nisbətən 1,74 dəfə daha çoxdur.
20 - 64 yaş arası arıq şəxslərdə risklərin daha yüksək olduğu bildirilir. Bu yaş qrupundakı arıq insanların xəstəliyi ağır keçirmə ehtimalı normal çəkililərə nisbətən 2,37 dəfə, ölüm riski isə 5,75 dəfə çoxdur.
Tədqiqatçılar həmçinin qeyd ediblər ki, artıq çəkili (piylənmədən əziyyət çəkən) şəxslər də COVİD-19-u ağır simptomlarla keçirirlər.
İngiltərədə iyul ayında verilən açıqlamada “Stratus” adlanan yeni bir COVİD variantının üstünlük qazandığı bildirilib.
“Stratus”un əvvəlki variantlarla müqayisədə immun sistemindən daha asan yayınmağa imkan verən mutasiyalar daşıdığı və bu səbəbdən daha yoluxucu olduğu düşünülür.
May ayında bütün COVİD halları arasında təxminən 10 faiz paya malik olan bu variantın nisbəti iyun ortalarında 40 faizə yüksəlib.
“Stratus” hal-hazırda olduqca yoluxucu olan Omikron variantının bir alt növüdür və eyni zamanda “Frankenştayn” və ya “rekombinant” variant kimi tanınır.
Bu termin, bir şəxsin eyni anda iki fərqli Covid variantı ilə yoluxması və həmin virusların birləşərək yeni bir hibrid variant yaratması mənasını verir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm