- 200 ildən sonra ilk dəfə bir qadına qarşı edam hökmü çıxarılmışdı
ABŞ-nin Tennessi ştatında edam cəzasına məhkum edilən Krista Payk zəhərli iynə ilə iki doza vurulmasına baxmayaraq ölməyib.
Sherg.az xəbər verir ki, 1996-cı ildə 18 yaşında olarkən sevgilisi Tadaril Şipp ilə birlikdə 19 yaşlı Kolin Slemmeri işgəncə verərək öldürən Payk 30 il ərzində edamını gözləyib. Şipp isə cinayət zamanı 17 yaşında olduğuna görə ömürlük həbs cəzasına məhkum edilib.
Tennessi ştatında təxminən 200 ildən sonra ilk dəfə bir qadına qarşı edam hökmünün icrasına cəhd göstərilib. Lakin iki dozadan sonra Paykın ürəyi döyünməkdə davam edib və o, müxtəlif səslər çıxarıb. Bundan sonra məhbus xəstəxanaya aparılıb.
Paykın vəkilləri proses zamanı onun hələ də sağ olduğunu əsas gətirərək federal məhkəməyə müraciət edib və edamın dayandırılmasını istəyiblər.
Tennessi Cəzaçəkmə Müəssisəsi böyük əks-səda doğuran bu edam cəhdi ilə bağlı həyata keçirdiyi prosesi müdafiə edib.
Qurumun açıqlamasında bildirilib:
“Tennessi Cəzaçəkmə Müəssisəsi Baş Prokurorluq tərəfindən təsdiqlənmiş və ştatın qanuni, müəyyən edilmiş edam protokolunun bir hissəsi olan bütün addımları tam şəkildə həyata keçirib”.
Açıqlamada həmçinin qeyd olunub:
“Protokolda nəzərdə tutulan ölümcül inyeksiya kimyəvi maddəsi ardıcıl şəkildə effektiv olub və protokol bu axşam həyata keçirilən prosedurlardan əlavə heç bir prosedura icazə vermir. Krista Payk müəssisədən kənarda yerləşən tibb mərkəzinə köçürülüb”.