Ağcabədi rayonunda 6 yaşlı uşağın bıçaq xəsarətləri alması faktı qeydə alınıb.
APA-nın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, 6 yaşlı S.B. bıçaq xəsarəti ilə Ağcabədi rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.