Ağdamda inək davası: Eşşək arabası ilə qonşusunu öldürdü
06:58 04.11.2019
Hadisə
669
Ağdamda baş verən qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb. Report-un xəbərinə görə, ötən gün rayonun Yuxarı Yüzbaşı kənd sakini 1956-cı il təvəllüdlü Əli Hətəmov qonşusu 1972-ci il təvəllüdlü Umud Nəsibov tərəfindən qətlə yetirilib.
Məlumata görə, hadisədən əvvəl hər iki şəxs iribuynuzlu heyvan üstündə mübahisə edib. Belə ki, Ə.Hətəmov U.Nəsibovun eşşək arabasına bağladığı iribuynuzlu heyvanın ona məxsus olduğunu zənn edib, arabanın qabağına uzanıb. Bu zaman U.Nəsibov eşşək arabasını sürərək onun üzərindən qəsdlə keçib.
Ə.Hətəmov aldığı xəsarətlər nəticəsində Ağdam Mərkəzi Rayon Xəstəxanasında ölüb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qsədən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, hadisəni törətməkdə şübhəli bilinən U.Nəsibov bu gün saxlanılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə