Ağstafada iki nəfər dəm qazından zəhərlənib, onlardan biri ölüb


Ağstafa rayonunun Poylu kəndində iki nəfər dəm qazından zəhərlənib, onlardan biri ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, dəm qazından dünyasını dəyişən 1964-cü il təvəllüdlü Bayramov Mustafa Alı oğludur.

Daha bir nəfər isə ağır halda xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.