Almaniyanın Dortmund şəhərində 15 yaşlı yeniyetmə atasını bıçaqlayaraq öldürməkdə şübhəli bilinərək saxlanılıb.
Sherg.az xəbər verir ki, "Bild" qəzetinin məlumatına görə, 49 yaşlı ata daha əvvəl Ukraynada Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşlərdə iştirak edib.
Bildirilir ki, yeniyetmə divanda uzanan atasının sinəsinə bıçaqla zərbə endirib və daha sonra özü təcili yardım xidmətinə zəng edib. O, hadisə yerində saxlanılıb.