An-26 təyyarəsinin ekipajı və sərnişinləri həlak olub

Krımda əlaqəsi itirilən An-26 təyyarəsinin qəzaya uğradığı yer tapılıb. Sherg.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 6 ekipaj üzvü və 23 sərnişin həlak olub. İlkin ehtimala əsasən, qəzanın səbəbi texniki nasazlıqdır.

Axtarış-xilasetmə qrupu tərəfindən təyyarənin qəzaya uğradığı yer müəyyən edilib. Hadisə yerindən verilən məlumata görə, ekipajın 6 üzvü və təyyarədə olan 23 sərnişin həyatını itirib.

Qəzanın ilkin səbəbi texniki nasazlıq hesab olunur. Hadisə yerində Müdafiə Nazirliyinin komissiyası fəaliyyət göstərir.

Hərbi-nəqliyyat təyyarəsi An-26 ilə əlaqə ötən gün Moskva vaxtı ilə təxminən saat 18:00 radələrində kəsilmişdi. Təyyarə Krım üzərində planlı uçuş həyata keçirirdi. Müdafiə Nazirliyinin bildirdiyinə görə, təyyarəyə kənar zərbə təsiri olmayıb.