Atanın oğlunu qətlə yetirməsinin təfərrüatı: “Bacılarını döyüb, qızlar evdən qaçdıqdan sonra...”
12:11 12.02.2020
Hadisə
609
Ağcabədidə törədilən qətlin təfərrüatı məlum olub. APA-nın xəbərinə görə, hadisə Ağcabədi rayonunun Təzəkənd kəndində qeydə alınıb. 1962-ci il təvəllüdlü Cəfərov Valeh Saleh oğlu 30 yaşlı oğlu Cəfərov Tural Valeh oğlunu öldürüb. Atanın övladını öldürməsinə səbəb isə T.Cəfərovun tüfeyli həyat tərzi sürməsi, bacılarını və anasını mütəmadi döyməsi olub.
Təzəkənd kənd icra nümayəndəsi Rizvan Şıxəliyev bildirib ki, T.Cəfərov əvvəllər həbs həyatı yaşayıb. Həbsdən çıxdıqdan sonra isə xuliqanlıq əməlinə görə, o, dəfələrlə saxlanılıb:
“Tural Cəfərov həbsdən çıxdıqdan sonra bacılarını, anasını döyürdü. O, tüfeyli həyat tərzi keçirirdi. Atası Valeh Cəfərov Əsəb Dispanserində qeydiyyatdadır. Hadisə baş verən gün Tural içkili vəziyyətdə evə gəlib, bacılarını döyüb, qızlar evdən qaçdıqdan sonra isə anasını döyüb. Anası qonşuların evində gizlənib. Atası ilə mübahisə etdikdən sonra Tural onu döyməyə çalışıb. Bu zaman atası əlinə keçən dəhrə ilə onu vuraraq öldürüb”.
R.Şıxəliyev onu da bildirib ki, hadisə ilə bağlı kənd ağsaqqalları hüquq-mühafizə orqanlarına müraciət edərək V.Cəfərovun məsuliyyətə cəlb olunmamasını istəyirlər.
Faktla bağlı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nyu-Yorkda Azərbaycan bayrağı ucaldılıb
22:53 28.05.2026
Siyasət
Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
22:36 28.05.2026
Gündəm
Qafar Çaxmaqlı: Köçəryanın Paşinyan qarşısında şansı yoxdur
22:21 28.05.2026
Cənubi Qafqaz
Netanyahu orduya Qəzza zolağının 70%-nə nəzarət etməyi əmr verdi
20:59 28.05.2026
Dünya
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
20:38 28.05.2026
Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
20:02 28.05.2026
Cəmiyyət
Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb
19:46 28.05.2026
İqtisadiyyat
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırıldı
19:16 28.05.2026
Dünya
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya
Çin və ABŞ arasında 30 milyard dollarlıq razılaşma
16:50 28.05.2026
Dünya