Azyaşlıya qızdırılmış şişlə işgəncə verilməsinin təfərrüatı: “Kənddə elə bir söz-söhbət...”
07:31 12.02.2020
Hadisə
537
“O ailəni Könülün anası saxlayıb. Ola bilməz ki, uşağa ziyan vursunlar”. Bu barədə Oxu.Az-a Tərtər rayon Azadqaraqoyunlu kənd bələdiyyəsinin nümayəndəsi doqquz yaşlı T.D.-yə anası tərəfindən işgəncə verilməsi ilə bağlı hadisəyə münasibət bildirərkən deyib.
Bələdiyyə nümayəndəsinin sözlərinə görə, uşağın anası Könül övladına ziyan vura bilməz:
“Könül Rafiqlə evləndikdən sonra ailəyə onun anası - Kamilə xanım baxır. Kasıb ailədir. Kənddə elə bir söz-söhbətləri olmayıb. Kənardan eşitdiyim, gördüyüm qədər deyə bilərəm ki, Könül uşağa işgəncə verməz. Amma yəqin, aralarında söz-söhbət olub, ər-arvad bir-birini polisə verib. Onların iki uşağı var. Doqquz yaşlı T. də Könülün doğma uşağıdır. Uşaq anadan olandan ona Könül baxıb. Mən onun uşağa işgəncə verdiyinə inanmıram”.
Bələdiyyə nümayəndəsi Könül və Rafiqin ayrı yaşadığını da deyib:
“Rafiq Bərdə rayonunun Soğanverdilər, Könül isə Tərtər rayonunun Azadqaraqoyunlu kəndində yaşayır. Əslində, ayrılmayıblar, amma indi ayrı yaşamalarının səbəbini bilmirəm. Ailə münasibətlərindən xəbərimiz yoxdur. Heç birinin psixoloji problemi də yoxdur, normal insanlardır”.
Qeyd edək ki, işgəncə verildiyi iddia edilən doqquz yaşlı T. xəstəxanada deyil, vəziyyəti yaxşıdır.
Xatırladaq ki, Azadqaraqoyunlu kənd sakini Dünyamalıyeva Könül Bəhlul qızı yaşadığı evdə himayəsində olan oğlu, 2011-ci il təvəllüdlü T.D.-ni nadinclik etdiyi üçün cəzalandırıb. Qadın şişi qaz sobasında qızdıraraq, azyaşlının bud, çanaq, qol və əlinə basıb.
Hadisədən xəbər tutan uşağın atası Rafiq Dünyamalıyevin şikayətindən sonra Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsilə cinayət işi başlanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nyu-Yorkda Azərbaycan bayrağı ucaldılıb
22:53 28.05.2026
Siyasət
Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
22:36 28.05.2026
Gündəm
Qafar Çaxmaqlı: Köçəryanın Paşinyan qarşısında şansı yoxdur
22:21 28.05.2026
Cənubi Qafqaz
Netanyahu orduya Qəzza zolağının 70%-nə nəzarət etməyi əmr verdi
20:59 28.05.2026
Dünya
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
20:38 28.05.2026
Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
20:02 28.05.2026
Cəmiyyət
Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb
19:46 28.05.2026
İqtisadiyyat
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırıldı
19:16 28.05.2026
Dünya
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya
Çin və ABŞ arasında 30 milyard dollarlıq razılaşma
16:50 28.05.2026
Dünya