Bakı Quba yolunda qəza olub, xəsarət alan var

Bakı Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, "Ford Transit" və "Mutsibishi Pick-up" markalı avtomobillər toqquşub.


Nəticədə avtomobillərə ciddi ziyan dəyib.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, qəza zamanı 1 nəfər xəsarət alan var.