Bakıda güclü külək nəticəsində yaşayış binasının bir hissəsi uçub
Yusif Nəzərli
11:47 08.05.2022
Hadisə
548
Bakıda güclü külək nəticəsində yaşayış binasının bir hissəsi uçub.
"Report" xəbər verir ki, hadisə dünən axşam saatlarında, Xətai rayonu, Araz Novruzov 34 ünvanında yeləşən binada qeydə alınıb.
Belə ki, binanın bir hissəsi uçub, daşlar və qamışlar yerə tökülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları və Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri sakinlərin müraciətləri əsasında əraziyə baxış keçiriblər.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov "Report" a açıqlamasında bildirib ki, bina qəzalıdır: "Tərəfimizdən bütün əlaqədar təşkilatlara məlumat verilib. Məsələ diqqətimizdədir"
P.İmanov vurğulayıb ki, Bakı şəhərində qəzalı binaların inventarizasiyasına başlanılıb: “Yaxın zamanlarda qəzalı və kəskin qəzalı binalarla bağlı qərar veriləcək, bizdə üzərimizə düşən öhdəlikləri yerinə yetirəcəyik".
Bina sakini Skayeva Nadejda Mixalovna bildirib ki, ikimərtəbəli, iki bloklu binada 12 ailə yaşayır. Onun sözlərinə görə, bina əvvələr Heydər Əliyev adına Neft Emalı Zavodunun işçilərinə yaşayış məqsədilə verilib: "Güclü külək sadəcə təkan olub. Bina uzun müddətdir qəzalı və təhlükəli vəziyyətdədir. Hər an üzərimizə aşa bilər".
Qeyd edək ki, bina 1933-cü ildə tikilib və Xətai rayon İcra Hakimiyyətinin balansındadır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kipr sahillərində gəmi qəzasına görə 3 azərbaycanlı saxlanılıb
17:03 03.09.2026
Hadisə
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
16:50 03.09.2026
Ölkə
Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub
16:39 03.09.2026
Sosial
Atımı satıb Bakıya, Qurultaya gəldim - Tatar kəndlisi nə danışırdı?
16:37 03.09.2026
Tarix
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
16:35 03.09.2026
Dünya
Şagirdlərin yerdəyişməsi dayandırılır
16:12 03.09.2026
Elm və Təhsil
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm