Baş Prokurorluq bu rayonda əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları İsmayıllı rayonunda əməliyyat keçirir.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Bələdiyyə və  İcra hakimiyyətinin vəzifəli şəxslərinin saxlanıldığı bildirilir.
Yaxın vaxtlarda əməliyyatla bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilir.