Yeni Ələt-Astara magistralında qəza baş verib, xəsarət alanlar var.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə yeni Ələt-Astara magistralının Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, zəncirvari qəzada “VAZ 2106”, “VAZ 2107” markalı iki minik avtomobili və mikroavtobus toqquşub.
Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə ilə bağlı TƏBİB-dən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfərin (2 qadın, 1 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunduğu bildirilib.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
Müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilən şəxslərin vəziyyətləri stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.