Türkiyənin Kastamonu vilayətinin Cide rayonunda dənizdə üzən ilan sahilə çıxaraq çimərlikdə olan vətəndaşlar arasında panikaya səbəb olub.
Sherg.az İHA-ya istinadən xəbər verir ki, hadisə Kasaba məhəlləsindəki Xalq Çimərliyində baş verib. İlanı görən vətəndaşlardan biri onu tutaraq çimərlikdən uzaq, təhlükəsiz əraziyə buraxıb. Hadisə anları mobil telefon kamerası ilə lentə alınıb.