Cümə namazı vaxtı partlayış: 15 nəfər ölüb, 50 yaralı var - FOTO

Pakistanda məscidin yaxınlığında partlayış baş verib.

“Geo News”un xəbərinə görə, hadisə Xeybər-Paxtunxva vilayətində qeydə alınıb.

Partlayışın cümə namazı vaxtı baş verdiyi bildirilir. Hadisə nəticəsində 15 nəfər ölüb, 50-dən çox insan isə xəsarət alıb. Yaralıların içərisində polis əməkdaşları da var.

Partlayış nəticəsində məscidin binasına ciddi ziyan dəyib.

Məlumata görə, partlayıcı yüklü avtomobil məscidin yaxınlığında yerləşən obyektlərdən birinə çırpılıb.