Daha bir ailə məhv oldu: Məktubla gələn ölüm
09:58 09.11.2019
Hadisə
695
Türkiyənin Adana şəhərində bir ailənin dörd üzvü ölü tapılıb. Hadisə gecə saatlarında Konyaaltı ərazisində baş verib. Ailə ilə əlaqə saxlaya bilməyən bir qohumu onların evinə gəlib, qapını nə qədər döysə də, açan olmayıb. Bundan sonra həmin şəxs polisə xəbər verib.
Hadisə yerinə gələn polis əməkdaşları evdə dörd nəfərin cəsədini tapıb.
Cəsədlərin 36 yaşlı Səlim Ş., 38 yaşlı Sultan Ş. və iki azyaşlı övladları Cərən və Əliyə aid olunduğu təsdiq edilib. Tibb işçiləri onların sionid turşusundan zəhərləndiyini bildirəndən sonra polis sakinlərdən binanı tərk etmələrini istəyib.
Qonşulardan biri hadisədən əvvəl onların evinə poçtla məktub gətirildiyini bildirib. Polis evdə müəmmalı məktub da tapıb. Hadisənin məktubla bağlılığı araşdırılır.
Bina sakinləri gecəni küçədə keçiriblər.
Hadisənin baş verdiyi evə ilk daxil olan üç polis və üç həkimin, zəhərli qoxunun təsirindən vəziyyətləri pisləşib və onlar xəstəxanaya aparılıb.
Onların vəziyyətinin normal olduğu və həkim nəzarətində olduqları bildirilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyədə bir ailənin sionid turşusu ilə özlərini zəhərləyərək intihar etmələri bütün ölkəni şoka salmışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq